Azərbaycan Milli Platforması 2017-ci ilin Oktyabr ayında Tallində keçiriləcək illik toplantı üçün seçki keçirdi

Azerbaijan national platform conducted an election to the annual assembly to be held in ootober 2017 in tallin

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 24-27 Oktyabr 2017-ci il tarixində Tallin şəhərində keçiriləcək növbəti illik toplantısı üçün iştirakçıların seçilməsi üzrə Azərbaycan Milli Platforması tərəfindən səsvermə 18 Aprel 2017-ci il tarixində, saat 10.00-dan 16.00-dək keçirilmişdir. Azərbacyan Milli Platforması ilkin olaraq 21 QHT-ni səsvermə yolu ilə müəyyən etmişdir.

Bundan əlavə, Vətəndaş Cəmiyyəti Forumunun İşçi Qruplar üzrə koordinatorları (5 işçi Qrupu movcuddur, hər bir Qrupda 1 nəfər Şərq Tərəfdaşlığı ölkəsindən, 1 nəfər isə Avropa ittifaqından olan koordinator)  ayrıca olaraq öz seçimlərini müəyyən etmişlər.

Foruma 21 təşkilat  (19 iştirakçı + 2 müşahidəçi) seçilmişdir.  Seçiləck 21 təşkilatın 60%-i köhnə, 40%-i isə yeni təşkilatlardan formalaşması tələbi qoyulmuşdur.

15/07/2017