Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının Bəyanatı

Statement of the azerbaijan national platform of the eastern partnership civil society forum

4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq  Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərini  minaatanlardan və ağır artireliya qurğularından atəşə tutub. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilmişdir.

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının üzvləri bu ağır cinayət hadisəsini müzakirə etmiş və Ermənistan ordusunun mülki şəxsləri hədəf alan hərəkətlərini qətiyyətlə pisləmişdir.

Platforma üzvləri Azərbaycan ictimaiyyətini hiddətləndirən bu hadisəni, xüsusilə də iki yaşlı Zəhranın vəhşicəsinə qətlini  bütövlükdə erməni qəddarlığının, vəhşiliyinin, soyqırım siyasətinin davamı sayır, onun dayandırılmasını tələb edir, baş vermiş ağır cinayət hadisəsinin araşdırılması və cinayətkarların layiqincə cəzalandırılması üçün beynəlxalq təşkilatları qətiyyətli mövqe bildirməyə, ATƏT-in Minsk Qrupunu və Avropa Birliyi institutlarını Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün təcili  addımlar atmağa çağırır.

Azərbaycan Milli Platforması baş vermiş  hadisəni  bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə hesab edir, Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində sülh yaratmaq və  münaqişəni həll etmək istiqamətində aparılan çoxtərəfli və ikirtərəfli müzakirələrə  ağır zərbə sayır və onu məqsdəli şəkildə  edən  Ermənistanın  sülh danişıqlarını, münaqişənin dinc yolla nizamlanması proseslərini pozmaq cəhdi kimi qiymətləndirir.

17/07/2017