Azerbaijan National Platform conducted a meeting

Azerbaijan national platform conducted a meeting

Beynəlxalq Mətbuat Mərkəzində Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Azərbaycan Milli Platformasının toplantısı keçirilib. Forumun Azərbaycan üzrə əlaqələndiricisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov məlumat verdi ki, toplantı platforma üzvləri üçün əhəmiyyətli bir gündə keçirilir. Son əfv fərmanından sonra platformanın üzvləri Anar Məmmədli, Rəsul Cəfərov və məhkəmə qərarı ilə İntiqam Əliyevin azadlığa çıxması ilə platforma tam tərkibdə fəaliyyət göstərməyə başladı.

12/07/2017