Forumun III  İşçi Qrupunun toplantısında iştirak üçün qeydiyyat başladı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Rəhbər Komitəsi bu il də Forumun hər bir İşçi Qrupu üçün onlayn görüşlər təşkil edəcək.

 

Forumun III  İşçi Qrupu üçün işçi görüşün 2022-ci il iyunun 29-da  keçirilməsi nəzərdə tutulur.

 

III İşçi Qrupu üzvləri tədbirdə iştirak etməsi üçün 22 iyun saat 15:00-dək qeydiyyatdan keçməlidir. 

 

Qeyd edək ki, tədbirin işçi dili ingilis və  rus dili olacaq.

Sessiyada Şərq Tərəfdaşlığı ölkələrindən qeydiyyat və Şərq Tərəfdaşlığı Siyasətinin gələcəyi ilə bağlı müzakirə aparılacaq. Həmçinin, “Dayanıqlı Vətəndaş Cəmiyyəti” mövzusuna diqqət yetirəcək və davam edən dəyişiklikləri əks etdirəcək qarşıdan gələn 14-cü İllik Assambleyanı necə formalaşdırmaq (yenidən) məsələsinə diqqət yetiriləcək.


Paylaş