Avropa İttifaqı nümayəndəliyi gənclər üçün "Yay məktəbi" təşkil edəcək

Avropa İttifaqının  Azərbaycandakı nümayəndəliyi 2-4 avqust 2022-ci il tarixində Azərbaycan regionlarının birində Avropa məktəbini (EuroSchool) təşkil edəcək.  İştirak üçün ölkənin hər yerindən 18-25 yaş arası 18 nəfər  seçiləcək.

 

3 gün davam edəcək tədbirdə Avropa İttifaqı, onun tarixi, fundamental prinsip və dəyərləri, enerji və ətraf mühitlə bağlı məsələlər, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı təşəbbüsü və Avropa İttifaqı-Azərbaycan münasibətləri haqqında daha çox məlumat əldə etmək üçün bir sıra interaktiv sessiyalar keçiriləcək. İştirakcılar həmçinin Avropada gənclər üçün mövcud olan təhsil və digər imkanlar haqqında məlumat əldə edəcəklər. Avropa İttifaqı ölkələrindən olan gənclər də tədbirə qatılıb öz bilik və təcrübələrini Azərbaycan gəncləri ilə bölüşəcəklər.

 

İştirakçılar 26 iyun 2022-ci il tarixinədək [email protected] ünvanına göndəriləcək motivasiya məktubu və CV-lər əsasında seçiləcək. Proqram və seçim meyarları haqqında daha ətraflı məlumatı Avropa İttifaqı nümayəndəliyinin saytından https://www.eeas.europa.eu/delegations/azerbaijan əldə etmək olar. (Turan.az)


Paylaş