Avropa İttifaqı Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azad etməyə çağırır 

Avropa İttifaqı Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azad etməyə çağırıb.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stanonun yanvarın 13-dəki bəyanatında deyilir:

“Avropa İttifaqı hüquq müdafiəçiləri və siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin  uzadılmasından narahatdır.

Biz Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbsdə olanları azad etməyə və Elçin Sadıqova qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

Aİ Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə və demokratik islahatları təşviq etməyə sadiqdir”. 


Paylaş