AzMP Vəkillik strategiyaları üzrə master təliminin təşkili üzrə vakansiya ELAN edir

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində 3 günlük təlim təşkil edəcək. Əsas hədəf qrupunun Azərbaycandakı Vətəndaş Cəmiyyəti Təşkilatları və Azərbaycan Milli Platforması üzvləri olacaq təlimin təşkili üçün vakansiya elan edilir. Azərbaycan Milli Platformasının üzvləri arasında "Vəkillik strategiyaları üzrə master təliminin təşkili" xidmətinə görə 600 avro (vergi daxil) qonorar ödənilməsi nəzərdə tutulur.

 

Təlimin məqsədləri:

· Təşkilat üçün vəkillik fəaliyyətinin layihələndirilməsində iştirakçıların bacarıqlarının inkişaf etdirilməsi.

· İştirakçıların vəkillik fəaliyyətləri üçün tərəfdaşları cəlb etmək üçün strategiyalar qurmaq bacarıqlarının inkişaf etdirilməsi.

· Təşkilat üçün tanıtım fəaliyyətləri üçün planlar hazırlamaq istiqamətində iştirakçıların bacarıqlarının təkmilləşdirilməsi.

· VCT-lərin uğurlu vəkillik fəaliyyətini başlatmaq, təşkil etmək, rəhbərlik etmək və yaymaq qabiliyyətinə inamının artırılması.

 

Təlimçinin rolu və məsuliyyətlərinə aşağıdakılar daxildir:

I. Vəkillik strateqiyası təlim metodologiyası və gündəliyini, hər bir sessiyanın aydın məqsədlərini və gözləntilərini hazırlamaq;

II. Layihə heyyəti ilə koordinasiyada qiymətləndirmə formalarını, sınaqdan əvvəl və sonrakı testləri hazırlamaq;

III.Təlim imkanlarının keyfiyyətli, vaxtında, əhatəli və yaradıcı şəkildə həyata keçirilməsini təmin etmək və bütün iştirakçıların fəal iştirakına zəmanət vermək;

IV.Təlim sessiyaları üzrə yekun qiymətləndirmə hesabatını və yekun qiymətləndirmə hesabatını təqdim etmək.

 

Təlimlər 15 aprel 2023-ci ilədək sona çatdırılmalı və hesabat təqdim olunmalıdır.

 

Müraciət üçün CV-lərinizi layihə asistenti İlqar Hüseynliyə - [email protected] elektron poçt ünvanına “vəkillik strateqiyaları təlimi” başlığı ilə 3 Fevral 2023-cü ilə qədər təqdim etməyinizi xahiş edirik.

 

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması 2009-cu ilin noyabr ayında təsis edilib. Platforma hazırda 7 yeni üzv olmaqla, 71 təşkilatı özündə birləşdirir.

 


Paylaş