AzMP Dialoq strategiyaları üzrə master təlimin təşkili üzrə vakansiya ELAN edir

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində 3 günlük təlim təşkil edəcək. Əsas hədəf qrupunun Azərbaycandakı Vətəndaş Cəmiyyəti Təşkilatları və Azərbaycan Milli Platforması üzvləri olacaq təlimin təşkili üçün vakansiya elan edilir. Onlayn formatda keçiriləcək Azərbaycan Milli Platformasının üzvləri arasında ”Dialoq strategiyaları üzrə master təlimin təşkili” xidmətinə görə 600 avro (vergi daxil) qonorar ödənilməsi nəzərdə tutulur.

 

Təlimin məqsədləri:

AzMP üzvləri üçün dialoq strategiyaları və alətləri üzrə master təliminin təşkili zamanı aşağıdakı hədəf məqsədlərə çatmaq lazımdır:

 ·  Problemin mahiyyəti nədir;

·  Dəyişiklik üçün bəzi yanaşmalar hansılardır? (Görmə və ya aktiv xəritələşdirmə daxil ola bilər);

·  Dialoqdan fəaliyyətə keçid: Nə edə bilərik?

·  Danışıq bacarıqları. Danışıqların müxtəlif növləri, onların strategiyaları və danışıqların aparılması üsulları;

·  Vəkillik və lobbiçilik. Vəkillik və lobbiçilik arasındakı əlaqə və cəmiyyətdə sosial dəyişikliyə nail olmaq üçün ondan necə istifadə oluna bilər.

 

Təlimçinin rolu və məsuliyyətlərinə aşağıdakılar daxildir: 

I. Dialoq strateqiyası təlim metodologiyası və gündəliyini, hər bir sessiyanın aydın məqsədlərini və gözləntilərini hazırlamaq;

II. Layihə heyəti ilə koordinasiyada qiymətləndirmə formalarını, sınaqdan əvvəl və sonrakı testləri hazırlamaq;

III. Təlim imkanlarının keyfiyyətli, vaxtında, əhatəli və yaradıcı şəkildə həyata keçirilməsini təmin etmək və bütün iştirakçıların fəal iştirakına zəmanət vermək;

IV. Təlim sessiyaları üzrə yekun qiymətləndirmə hesabatını və yekun qiymətləndirmə hesabatını təqdim etmək.

 

Təlimlər 16 May 2023-cü ilədək sona çatdırılmalı və hesabat təqdim olunmalıdır.

Müraciət üçün CV-lərinizi layihə asistenti İlqar Hüseynliyə - [email protected] elektron poçt ünvanına “vəkillik strateqiyaları təlimi” başlığı ilə 3 Fevral 2023-cü ilə qədər təqdim etməyinizi xahiş edirik.

 

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması 2009-cu ilin noyabr ayında təsis edilib. Platforma hazırda 7 yeni üzv olmaqla, 71 təşkilatı özündə birləşdirir.


Paylaş