Azərbaycanda Açıq Hökümət tərəfdaşlığı ilə bağlı proseslərdə vətəndaş cəmiyyətinin rolu müzakirə edildi

24 iyun 2021-ci il tarixdə “Azərbaycanda Açıq Hökümət tərəfdaşlığı ilə bağlı proseslərdə vətəndaş cəmiyyətinin rolu” adlı onlayn konfrans keçirilib. Konfransda sinxron tərcümə təmin edilmişdir. 
İlk öncə Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl iştirakçıları salamlayaraq konfransın məqsədi haqqında məlumat nitqi ilə bağlı çıxış edib.
Azərbaycanın AHT Platformasındakı durumu və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün  münbit şəraitin olmaması ilə bağlı AHT-də qeyri aktiv duruma gətirilməsi,bu vəziyyətin 2017-ci ilədək normallaşdırılması üçün əlavə zaman verilməsi barədə məlumatlar səsləndirildi. 2 illik tövsiyə paketi hazırlandı və Azərbaycana yenidən VC –nin durumunun yaxşlıaşdırılması üçün vaxt verildi.Lakin bu günədək Azərbaycan bu tövsiyyələrin heç birinə əməl etmədi. Məhz bu vəziyyətin müzakirəsi Azərbaycan Milli Platforması üçün də əhəmiyyətli olduğu üçün belə bir konfransın düzənlənməsinin vacibliyi vurğulandı.
Konfransın əsas məruzəçiləri olaraq Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəhbəri, Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü üzrə Milli Koordinatoru), Şahmar Mövsümov (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri ) və  Şreya Basu (Açıq Hökumət Tərəfdaşlığı katibliyinin direktor müavini) dəvət edilmişdir.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov iştirak etməmişdir. Digər məruzəçilər bu istiqamətlər üzrə öz mövqelərini səsələndirmişlər.
Konfransda  Vətəndaş Cəmiyyətini məruzəçilər, Samir Əliyev (İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin İdarə Heyətinin üzvü), Əliməmməd Nuriyev ("Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, AHT-Dialoq Platformasının Azərbaycandakı koordinatoru) və Hafiz Həsənov (“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri) təmsil etmişlər.
Hər bir məruzəçi Azərbaycanın AHT Platformasındakı durumu, gözləntilər və perspektivlər barədə məruzə etdilər. Konfrans öz işini suallar və cavablar,müzakirələr və yekun şərhlərlə başa çatdırmışdır.
Konfransın sonunda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması adından AHT proseslərində, habelə ölkənin inkişafında və milli maraqların qorunmasında vətəndaş cəmiyyətinin danılmaz rolunu bir daha vurğulayıraq, 2020-2022-ci illəri əhatə edən son Milli Fəaliyyət Planına əsasən vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün Azərbaycan hökumətinə müraciət edilmişdir və səsə qoyularaq qəbul edilmişdir. Sənəd MP-nın “facebook” səhfəsində yayılmışdır.

Eyni zamanda Konfransın tam versiyası MP-nın “facebook”  səhfəsində canlı olaraq yayımlanmışdır.

Konfransda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması adından müraciət qəbul edilib.

Qəbul edilən müraciətlə əlavədə tanış ola bilərsiniz:

 


 

 


Paylaş