Platforma kibercinayətkarların tapılıb cəzalandırılmasına çağırdı - BƏYANAT

Son günlər bir qrup Azərbaycan vətəndaşına, o cümlədən ictimai fəallara, QHT təmsilçilərinə və siyasətçilərə qarşı şantaj xarakterli intim videoların yayılmasını, onlara qarşı əxlaqsız kampaniyaların təşkilini qətiyyətlə pisləyir və bunları mənəvi terror hesab edir.

Belə ki, 28 mart 2021-ci il tarixində Professor Cəmil Həsənlinin ailə üzvünün intim videoları yayılmışdır. Biz, hesab edirik ki, kimliyindən, statusundan asılı və siyasi mövqeyindən olmayaraq istənilən şəxsə qarşı bu cür çirkin kampaniyanın aparılması şəxsiyyətin və ləyaqətin alçaldılmasıdır, və belə addımlar cəmiyyətdə mövcud olan gərginliyi daha da artırır. 

Milli Platforma bir daha Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsilə təmin edilməli olan şəxsi və ailə həyatına hörmət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi ilə təmin edilməli olan şəxsi toxunulmazlıq hüququnu xatırladaraq, bu əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsilə şəxsi həyata qarşı cinayət əməli olmasını qeyd edir və məsələnin ictimai əhəmiyyətini vurğulayaraq aidiyyatı qurumları, xüsusilə də Baş prokurorluğu bu əməllərlə bağlı cinayət işi açmağa, kibercinayətkarların tapılaraq cəzalandırılmasına çağırır.


Paylaş