AMP təmsilçiləri Avropa İttifaqının  Azərbaycandakı Nümayəndəliyində müzakirə apardı

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının nümayəndələri   Avropa İttifaqının  Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşüb.


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının İnformasiya Xidmətinin məlumatına görə, görüşdə Azərbaycan Milli Platformasının (AMP) koordinatoru Şəhla İsmayıl, İdarə Heyətinin üzvləri Ziya Quliyev, Mirvari Qəhrəmanlı, Vüsalə Hüseynli və MP-nın Layihə heyətinin üzvü İlqar Hüseynli iştirak edib.


Eyni zamanda görüşdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin müdiri Viktor Bojkov, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin siyasi məsələlər üzrə məsul şəxs Annalisa Giansanti və digər əməkdaşlar iştirak ediblər.


Görüşdə Azərbaycanda fəaliyyət göstərən QHT-nın mövcud vəziyyəti, QHT qanunvericiliyi və “Qrant haqqında” qanun, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması ilə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi arasında gələcək əməkdaşlıq imkanları, Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi cinayətlər və bu istiqamətdə Azərbaycan hakimiyyətinin və Vətəndaş Cəmiyyəti İnstitutlarının mövqeyi müzakirə olunub. 


Qeyd edirik ki, görüş Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalkonun dəvəti ilə baş tutub. 


Paylaş