Azərbaycan Milli Platformasının növbəti Ümumi Yığlncağı keçirilib - FOTOLAR

Bu gün Şərq tərəfdaşlığı Vətədaş Cəmiyyəti Forumunun  Azərbaycan Milli Platformasının növbəti Ümumi Yığlncağı keçirilib.  Ümumi Yığıncaqda iştirak üçün qeydiyyatdan keçən AMP üzvlərinə tədbirə həm canlı, həm də onlayn qoşulmaq imkanı yaradılıb. Ümumi  Yığıncağa 23  nəfər canlı, 25 nəfər isə onlayn qoşulub.
Ümumi Yığıncağı açan Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl iştirakçıları salamlayıb. Daha sonra AMP-nın keçmiş koordinatoru, tanınmış QHT rəhbəri Əvəz bəy Həsənovun vaxtsız vəfatı ilə bağlı onun xatirəsi 1 dəqiqəlik sükutla anılıb. 


Bundan sonra AMP koordinatıru Şəhla İsmayıl 2021-ci ildə görülən işlər və 2022-2023-cü illərdə qarşıya duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.


Daha sonra Ümuni Yığıncaqda Azərbaycan Milli Plaformasının fəaliyyəti və platformanın layihənin icrası barədə məlumatlar verilib.


Daha sonra Azərbaycan Milli Platformasının 2021-2023-cü il icra olunacaq layihə fəaliyyətləri haqqında ŞT Vətəndaş Cəmiyyəti Forumunun AMP Layihə Əlaqələndiricisi Səbinə Ələkbərova çıxış edib. AMP-in layihə koordinatoru Səbinə Ələkbərova  2021-2023-cü illərdə həyata keçiriləcək layihə üzrə görülmüş və qarşıda duran işlər barədə geniş məlumat verib. 


Daha sonra Azərbaycan Milli Platformasının Etik məsələləri üzrə məsləhətçisinin seçilməsi üçün namizəd irəli sürülüb. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov AMP-nin Etik məsələlər üzrə məsləhətçi vəzifəsinə seçilib. 


Daha sonra bildirilib ki, AMP-nın 4 strateji sənədinin - Nizamnamə, Etik Kodeks, AMP-nin uzvluk strategiyası və Layihə idarəetmə təlimatının yenilənməsi istiqamətində iş başa çatdırılıb. Platformanın strateji sənədləri müzakirə olunaraq, səs çoxluğu ilə qəbul olunub.


Bundan əlavə Ümuni Yığıncaq zamanı Azərbaycanda VCT-lər üçün hüquqi mühit, vergi sistemində VCT-lərin və mütəxəssislərin fəaliyyətinə təsir edən dəyişikliklər, yeni qəbul edilmiş media qanunun riskləri və strateji tərəfdaşlıq sazişi haqqında məsələlər də müzakirə olunub.


VCT-lər ucun huquqi muhitlə bağlı yeniliklər barədə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məlumat verib.


Daha sonra İqtisadi Resursların Oyrənilməsi İB-nin sədri Ruslan Atakişiyev “Vergi sistemində VCT-lərin və mutəxəssislərin fəaliyyətinə təsir edən dəyişikliklər”, Regional İnsan Huquqları və Media Mərkəzinin sədri Xalid Kazımov “Yeni media qanunun riskləri”, Gənclər Klubunun rəhbəri Zaur Əkbər “Strateji Tərəfdaşlıq Sazişi”, İqtisadi Təşəbbuslərə Yardım İctimai Birliyinin İH-nin uzvu Samir Əliyev “Acıq Hokumət Tərəfdaşlığı ilə bağlı cari durum” barədə geniş məlumat veriblər.
 

Fotolar


Paylaş