ŞT VCF AMP-nin növbəti Ümumi Yığıncağına qeydiyyat üçün SON BİR HƏFTƏ

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının növbəti Ümumi Yığıncağı keçiriləcək. AMP-nin Layihə heyətindən verilən məlumata görə, Azərbaycan Milli Platformasının növbəti Ümumi Yığıncağının 24 noyabr 2022-ci il, saat 14:00-18:00 aralığında canlı formatda təşkil olunması nəzərdə tutulur.

 

Azərbaycan Milli Platformasının planlaşdırdığı “Regional sabitlik və inkişaf naminə əməkdaşlıq” adlı beynəlxalq konfrans 24 noyabr 2022-ci il, saat 09:00-13:00 müddətində canlı formatda təşkil olunacaqdır.

 

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması üzvlərindən Ümumi Yığıncaqda iştirak üçün Platformanın e-mail qrupuna yazmaqla qeydiyyatdan keçmələri xahiş olunur. 

 

 


Paylaş