Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinin hazırlanması, icrası və monitorinqi prosesində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli iştirakını təmin etmək;
Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun işində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını təmin etmək;
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək;
Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının artırılmasına töhfə vermək;
Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək;
İctimai iştirakçılığın artırılması yolu ilə insan hüquq və azadlıqlarının qorunması və təbliğinə töhfə vermək.