Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinin hazırlanması, icrası və monitorinqi prosesində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli iştirakını təmin etmək;

 

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun işində  Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını təmin etmək; 

 

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək;

 

Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının artırılmasına töhfə vermək;

 

Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək;

 

İctimai iştirakçılığın artırılması yolu ilə insan hüquq və azadlıqlarının qorunması və təbliğinə töhfə vermək. 
 


Paylaş