Platforma üzvləri Dik Şuebellə görüşdü

Bu gün Şərq Tərəfdaşğı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının İdarə Heyəti üzvlərinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşdə Avrointeqrasiya məsələsi müzakirə edilib. Həmçinin, vətəndaş cəmiyyətinin və siyasi hüquqların durumu, yeni media qanunu, siyasi partiyalar  haqqında qanun layihəsi, regional təhlükəsizlik, açıq hökumət və əlaqəli mövzular müzakirə olunub.

Daha konkret mövzuların bu ilin dekabr ayında Praqada keçiriləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda müzakirə olunması razılaşdırılıb.


Paylaş