İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti ilə görüşdü

Bu gün Münhendə, təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Şarlz Mişel arasında görüş keçirilib.

Azərbaycan başçısının veb saytında deyilirki, görüşdə tərəflər Azərbaycan ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq yollarını, sülh müqaviləsi və Brüssel sülh prosesi ətrafında danışıqlar aparıblar.

İlham Əliyev Azərbaycanın Brüsselin sülh prosesini dəstəklədiyini qeyd etdi.

Öz növbəsində, Şarlz Mişel, Avropa Birliyinin Ermənistanla Azərbaycan arasındakı münasibətləri, sülh müqaviləsini və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqların davam etdirəcəyini söylədi.

Ermənistanda Avropa Birliyinin müşahidəçilərinin missiyasının fəaliyyətinə dair fikir mübadiləsi də aparıldı.


Paylaş