QHT yaradılması və fəaliyyətini tənzimləyən QANUNLAR

Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatlarının təsis edilməsi və fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”  qanuna uyğun tənzimlənir. Bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.  Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.

Qanun, həmçinin hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.

 

Yeni QHT təsis etmək, həmçinin QHT fəaliyyəti ilə bağlı qanunvericiliklə tanış olmaq istəyən şəxslərə kömək məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” qanunu sayta yerləşdiririk.

 

Əlavə suallar olarsa, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarına dəstək məqsədi ilə yaratdığı QHT məktəbinə aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiz:

 

E-mail: [email protected]

Telefon: 0558585559

Facebook: Pulsuz Hüquqi Yardim

İnstagram: vekil_araz_nurmemmedov

 

 


Paylaş