Azərbaycan qanunvericiliyinə uyğun olaraq Qeyri-hökumət təşkilatları nizamnamələrində müəyyən edilən müddətdə dəyişikliklərlə bağlı məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir. Təşkilatlar Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Kollegiyasının 19.03.2012-ci il tarixli 2–N nömrəli qərarı ilə təsdiq edilmiş «Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları»na 4 nömrəli Əlavəni doldurmalı və qoşma sənədlərlə birgə təqdim etməlidir.
Qeyrı-Hökumət Təşkilatlarına bu sahədə kömək məqsədi ilə sənəd nümunələrinə əlavə edirik.