Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının Bakı şəhərində keçirdiyi 3 günlük Vəkillik strategiyası təlimi yekunlaşıb.
Hüquq və İnsan Haqları İnstitunun ofisində keçirilən təlim peşəkar ekspert, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova tərəfindən aparılıb.
Təlimin üçüncü günündə iştirakçılara İctimai Vəkillik kampaniyasının əsas strategiyası, İctimai Vəkillik zamanı səmərəli strategiya və onun taktiki növləri, strateji sənədlərin növləri barədə məlumat verilib.
Təlim iştirakçıları öyrəndikləri nəzəri bilikləri, qrup işləri ilə möhkəmləndirib.
Üç günlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.