Azərbaycan Milli Platforması 7 günlük təlimə başlayıb

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının QHT Məktəbi İnsan və İnstitusional Bacarıqların inkişafi proqramı (HICD) üzrə 7 günlük təlimə başlayıb. Təlim Azərbaycan Milli Platformasının ölkə üzrə əlaqələndiricisi, gender mütəxəssisi və HİCD üzrə sertifikata malik ekspert Şəhla İsmayıl  tərəfindən aparılır.

Təlimin ilk günündə  Azərbaycan vətəndaş cəmiyyəti üçün HICD niyə lazımdır,  HICD konsepsiyası (İnsan və İnstitusional Bacarıqların İnkişafı) HICD-nin yeddi səviyyəsi: çərçivə və alətlər; problemlər və perspektivlər, layihə idarəetməsinin konsepsiya və çərçivəsi barədə məlumat verilib.

Bundan başqa iştirakçılara layihə nədir, layihənin konsepsiyası və strukturu, layihə İdarəetmə Dövriyyəsi (PMC) və mərhələləri, sahə üzrə nəzarət/layihə məkanına ziyarətlərin edilməsi, standartlar və nəzarət, layihənin monitorinqi və qiymətləndirilməsi, keyfiyyət təminatı,  layihə idarəetməsində alətlər, layihə menecerinin rolları, şəxsi keyfiyyətlərı və bacarıqları barədə məlumatlanıb.

Qeyd edək ki, İnsan və İnstitusional Bacarıqların İnkişafı (HICD) təşkilatların institusional bacarıqlarını gücləndirən, təşkilati boşluqlarının əsas səbəblərini müəyyən edən, bu boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulmuş sistemli həll yollarını formalaşdıran modeldir. HİCD proqramı təşkilatın 7 səviyyəsi üzrə  konsept və prosedurları əhatə edərək, təşkilatın bütün qeyd edilən səviyyələrdə perfomansını gücləndirməyə xidmət edir:

Səviyyə 1 – İdarəetmə sistemi

Səviyyə 2 – İnzibati sistem

Səviyyə 3 – İnsan Resursları üzrə idarəetmə

Səviyyə 4 – Maliyyə idarəetməsi

Səviyyə 5 – Təşkilati idarəetmə

Səviyyə 6 – Proqram idarəetməsi

Səviyyə 7 – Layihə idarəetməsi

 

Onu da qeyd edək ki, təlimdə 7 gün ərzində nizamlı iştirak edən və təlim sonrakı qiymətləndirməni uğurla başa çatdıran iştirakçılar təlimin sonunda sertifikatla təltif olunacaqlar.

Fotolar


Paylaş