Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarına dəstək məqsədi ilə yaradılan QHT məktəbi fəaliyyətini davam etdirir. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində yaradılan QHT məktəbi ötən müddətdə 16 təşkilata xidmət göstərib. Vətəndaş cəmiyyəti institutları QHT məktəbinə həm birbaşa, həm də onlayn müraciət edə biliblər.
Xidmət çərçivəsində 7 QHT-nin yaradılması ilə bağlı sənədlər hazırlanaraq benefisiarlara təqdim edilib. Onlardan 5-i ilə bağlı sənədlər Ədliyyə nazirliyinə təqdim edilib.
Dövlət reyestrindən verilən çıxarışın müddəti bitən 5 təşkilatın tələb olunan sənədləri hazırlanıb. Həmin təşkilatlar hazırlanan sənədləri Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə müraciət edərək Dövlət Reyestrindəm çıxarışı alıb.
QHT məktəbi çərçivəsində həmçinin 3 təşkilata layihə hazırlanması, 1 təşkilata hesabat hazırlanması ilə bağlı konsultasiya xidməti verilib. Hər 4 sənədin hazırlanması müddətində QHT-lərə mentor xidməti göstərilib.
Qeyd edək ki, xidmət çərçivəsində QHT təsis etmək istəyən gənclərə hüquqi xidmət göstərilir. Ədliyyə Nazirliyinə təqdim etmək üçün yeni QHT-lərin sənədləri hazırlanır.
QHT məktəbi vətəndaş cəmiyyəti institutlarına layihələrin yazılması, hesabatlılıq, monitorinq və qiymətləndirmə sahəsində konsultasiya xidməti göstərir. Həmçinin Qeyri-Hökumət Təşkilatları QHT məktəbinə müraciət etməklə Dövlət Reyestrindən çıxarışın alınması, dövlət qeydiyyatına alınan QHT-lərin nizamnamələrində dəyişiklik edilməsi üçün sənədlərin hazırlanması sahəsində xidmət ala bilirlər.
Qeyd edək ki, QHT məktəbinin yaradılmasında əsas məqsəd müraciət edən təşkilatlara və yeni yaradılacaq təşəbbüs qruplarına konsultativ və texniki dəstəyin göstərilməsidir.
QHT məktəbinə aşağıdakı əlaqə vasitələri ilə müraciət etmək olar:
E-mail: [email protected]
Telefon: 0558585559
Facebook: Pulsuz Hüquqi Yardim
İnstagram: vekil_araz_nurmemmedov