Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Lahbib arasında görüş başa çatıb.
Məlumata görə, XİN başçıları əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Nazirlər regional məsələləri, eləcə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.