AMP-nin Azərbaycan - Avropa Birliyi münasibətlərinə dair verilişi yayımlanıb

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan növbəti veriliş ictimaiyyətə təqdim olunub. “Kanal 13” televiziyasında yayımlanan ikinci verilişdə “Azərbaycan - Avropa Birliyi münasibətləri” mövzusu müzakirə (https://youtu.be/P90zsNGcVpU?si=Ffx5Go0MwtB0ZwK) olunub.

Verilişin qonaqları siyasi məsələlər üzrə ekspert Nazim Cəfərsoy və iqtisadi məsələlər üzrə ekspert İlham Hüseynli olub.

Verilişdə Azərbaycan Respublikası ilə Avropa Birliyi arasındakı münasibətlər müzakirə olunub. Bu əlaqələrin həm iqtisadı, həm də siyasi aspektdən dəyərləndirilib.

Qeyd edək ki, Azərbaycan dilində yayımlanan veriliş ingilis dilində subtitrlarla yayımlanıb.

 


Paylaş