Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan növbəti veriliş ictimaiyyətə təqdim olunub. “Kanal 13” televiziyasında yayımlanan üçüncü verilişdə “Qlobal iqlim dəyişikliyi” mövzusu müzakirə (https://youtu.be/fDvGO0otr4E?si=iTIXbi3sDmNdVo7B) olunub.
Verilişin qonaqları Azərbaycan Orintoloji Cəmiyyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov və Sosial Strateji Tədqiqatlar Mərkəzinin sədri İlqar Hüseynli olub.
Verilişdə qlobal iqlim dəyişikliyinin yaratdığı təsdidlər və problemdən çıxış yolları müzakirə edilib. Qeyd edək ki, Azərbaycan dilində yayımlanan veriliş ingilis dilində subtitrlarla yayımlanıb.