Azərbaycan Milli Platforması, 3 günlük təlim

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının QHT Məktəbi növbəti 3 günlük təlim təşkil edəcək. Təlim 14, 15 və 16 notyabr 2023-cü ildə tarixlərində Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin ofisində (Ünvan:Afyədfin Cəlilov 26,mənzil 98.Blok kodu 98) keçiriləcək. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimovun apardığı təlimin ilk günündə iştirakçılara problemin mahiyyətinin müəyyənləşdirilməsi və müsbət dəyişiklər üçün yanaşmaların müəyyən edilməsi ilə bağlı müzakirə aparılacaq.

Təlimin sonrakı günlərində effektiv dialoq/danışıq bacarıqları, qarşılıqlı faydalı həllər tapmağa imkan verən danışıq strategiyaları ilə bağlı məlumat veriləcək.

Təlimin gündəliyi əlavə olunur:

Təlimdə iştirak üçün əlaqələndirici şəxs:

İlqar Hüseynli: email: [email protected], telefon: 0502231807


Paylaş