Azərbaycan Milli Platformasının 3 günlük təlimi başlayıb

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının QHT Məktəbi növbəti 3 günlük təlimə başlayıb. “Dialoq strategiyaları və alətləri üzrə master təlimi”   “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi”  layihəsi çərçivəsində həyata keçirilir. 

 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimovun apardığı təlimin ilk günündə iştirakçılara problemin mahiyyətinin müəyyənləşdirilməsi və müsbət dəyişiklər üçün yanaşmaların müəyyən edilməsi ilə bağlı müzakirə aparılıb. Həmçinin, problemin mahiyyəti anlayışı, problemin mahiyyətinin müəyyənləşdirilməsi, problemin həlli üçün zəruri dəyişikləri necə müəyyən etmək və dəyişiklik nəzəriyyəsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Təlimin sonrakı günlərində iştirakçılara effektiv dialoq/danışıq bacarıqları, qarşılıqlı faydalı həllər tapmağa imkan verən danışıq strategiyaları ilə bağlı məlumat veriləcək.


Paylaş