Azərbaycan Milli Platforması 3 günlük təlim keçib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının QHT Məktəbi vətəndaş cəmiyyəti nümayəndələri üçün 3 günlük təlim keçib. “Dialoq strategiyaları və alətləri üzrə master təlimi”   “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi”  layihəsi çərçivəsində həyata keçirilib. 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimovun apardığı təlim zamanı iştirakçılarla problemin mahiyyətinin müəyyənləşdirilməsi və müsbət dəyişiklər üçün yanaşmaların müəyyən edilməsi ilə bağlı müzakirə aparılıb.

İnteraktiv keçən təlim zamanı problemin mahiyyəti anlayışı, problemin mahiyyətinin müəyyənləşdirilməsi, problemin həlli üçün zəruri dəyişikləri necə müəyyən etmək və dəyişiklik nəzəriyyəsi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, iştirakçılara effektiv dialoq/danışıq bacarıqları, qarşılıqlı faydalı həllər tapmağa imkan verən danışıq strategiyaları ilə bağlı da məlumat verilib.

 


Paylaş