Azərbaycan Milli Platforması daha dörd siyasət sənədi hazırlayıb

Azərbaycan Milli Platforması daha dörd siyasət sənədi hazırlayıb. Platforma öz missiyasını irəli aparmaq üçün Strateji Plan (2024-2027-ci illər), Kommunikasiya Planı, Görünüş Planı və Vəkillik Strategiyası da daxil olmaqla bir neçə əsas strategiya işləyib hazırlayıb. Bu strategiyalar Azərbaycanda müsbət təsir yaratmaq üçün Azərbaycan Milli Platformasının məqsədlərini, yanaşmalarını və vəzifələrini özündə əks etdirir. Sənədlərin hər biri Azərbaycan Milli Platformasının Ümumi Yığıncağında üzvlərin müzakirəsinə təqdim edilib.

 

Azərbaycan Milli Platformasının Fəaliyyət Planı, Azərbaycan Milli Platformasının Vəkillik Strategiyası, Azərbaycan Milli Platformasının Kommunikasiya və Vizuallıq Strategiyası və Azərbaycan Milli Platformasının 2024-2027-ci illər üzrə Strategiyası Platformanın internet səhifəsinə yerləşdirilib.


Paylaş