İdarə Heyətinin yeni tərkibi toplandı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının İdarə Heyəti yeni tərkibdə fəaliyyətə başlayıb. 2024-2026-cü illər üzrə seçilmiş İdarə Heyətinin ilk iclasında Azərbaycan Milli Platformasının qarşıdakı 2 il üçün planlaşdırdığı fəaliyyət müzakirə edilib. İclasda, həmçinin ölkədəki və regiondakı insan hüquqları durumunu, qarşıdan gələn əhəmiyyətli siyasi-ictimai hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

 


Paylaş