Bu il noyabrın 19-dan 21-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 1-ci Vətəndaş Cəmiyyəti Sammitinə hazırlıq gedir. Tədbir Şərq Tərəfdaşlığı çoxtərəfli əməkdaşlığının gələcəyini və burada vətəndaş cəmiyyətinin rolunu müzakirə etmək üçün Şərq Tərəfdaşlığı və Avropa İttifaqından olan nümayəndələri, vətəndaş cəmiyyəti və qərar qəbul edənləri bir araya gətirəcək. Forum iştirakçıları gündəlikdə olan Şərq Tərəfdaşlığı, Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda inkişaf, Şərq Tərəfdaşlığı regionunda müdafiə qabiliyyətinin və təhlükəsizlik dayanıqlığının gücləndirilməsi, eləcə də vətəndaş cəmiyyətinin mübarizədə rolu mövzusunu müzakirə etmək imkanı əldə edəcəklər.