19-21 noyabr 2024-cü il tarixlərində Avstriyanın paytaxtı Vyanada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun birinci sammiti keçirilib. ŞT CSF Vətəndaş Cəmiyyəti Sammitində Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarusdan olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və Avropa İttifaqından olan 250-dən çox nümayəndə iştirak edib.
3 gündür davam edən toplantıda Şərq Tərəfdaşlığı çoxtərəfli əməkdaşlığının gələcəyini və burada vətəndaş cəmiyyətinin rolunu müzakirə edilir.