Avropa İttifaqına sədrlik bu ölkəyə keçdi

Polşa bu gündən Avropa İttifaqının sədrliyinə başlayıb.  Polşanın sədrliyi 6 ay davam edəcək. 

 

Polşanın şüarı "Təhlküəsizlik, Avropa" olaraq müəyyənləşdirilib.

 

Polşa Rusiya-Ukrayna müharibəsinin təsirlərini ən çox hiss edən ölkədir. Eyni zamanda Belarusla qonşu olan Polşa Aİ-yə üzv olan digər ölkələrini müdafiə xərclərini artırmaq və Avropa müdafiə sənayesini gücləndirmək üçün  təşviq edəcək. 

 

Polşa bundan əlavə, qeyri-qanuni köç dalğasını azaltmaq və geri göndərmə prosedurlarını effektiv hala gətirmək üçün həll yolları üzərinə çalışmağa hazırlaşır.

 

Belarusun miqrantları silah kimi istifadə etdiyini və hibrid müharibə ilə üz-üzə gəldiyini qeyd edən Varşava hökuməti dezinformasiya ilə mübarizə və enerji asılılığını azaltmağa fokuslanacaq.

 

Qeyd edək ki, Polşa 1 iyul 2025-ci ildə  sədrliyi Danimarkaya ötürəcək.


Paylaş