Əlilliyi olan şəxslər fövqəladə hallarda tez-tez diqqətdən kənarda qalırlar və bu, davam edən COVID-19 pandemiyası dövründə risklidir. Dünyada bir milyarda yaxın əlilliyi olan şəxslərin olduğu nəzərə alsaq, bu məsələ olduqca ciddidir. Bu rəqəm, 60 yaşdan yuxarı hər üçüncü şəxsin COVID-19 pandemiyasından təsirləndiyini göstərir. Azərbaycanda COVID-19 pandemiyasının yayılması, əlilliyi olan insanların qarşılaşa biləcəyi əlavə çətinlikləri işıqlandırdı. Xüsusilə əlavə qayğıya ehtiyacı olan insanlar üçün sosial məsafəni qorumaq kimi profilaktik tədbirlərə riayət etmək olduqca çətin ola bilər. Bir tərəfdən, əlilliyi olan şəxslərin, yoluxduqları təqdirdə, xəstələnmək və ya virusdan ölmək riski daha yüksək ola bilər və eyni zamanda onların müalicə edilməsi səhiyyə sistemi üçün prioritet olmaya bilər. Bir çox əlilliyi olan şəxs pandemiya dövründə də təmin edilməli olan davamlı qayğıya ehtiyac duyur. Bundan əlavə, bəzi insanlar pandemiya nəticəsində əlil ola və müvafiq qayğıya ehtiyac duya bilər. Bu səbəbdən həm Azərbaycanda, həm də pandemiyanın dünya miqyasında yayıldığı bir dövrdə əlilliyi əhatə edən COVID-19 profilaktik tədbirlərinə ehtiyac var. Bu cür tədbirlər müvafiq məlumatların toplanmasını, əlilliyi olan şəxslərlə məsləhətləşmələri və bu qrup üçün atılacaq addımların uyğunlaşdırılmasını tələb edir.