Layihənin adı: Yenilənən enerji mənbələrinin inkişafında ekoloji yanaşmanın tətbiqi
Layihəınin müddəti : 3 ay
Ərizəçinin adı: Himayət Rizvanqızı
Layihənin məqsəd və vəzifələri:
Ümumi məqsəd:
- Yenilənən enerji mənbələrinin inkişafında ekoloji yanaşmanın tətbiqinin genişləndiriməsinə yardım etmək.
Xüsusi məqsədlər:
- Azərbaycanda yenilənən enerji mənbələrinin inkişafında ekoloji yanaşmanın tətbiqi vəziyyətini qiymətləndirmək;
- Enerji mənbələrinin şaxələndirilməsi prosesinin sürətləndirilməsinə təkan vermək.
- Diversifikasiya prosesinin ətraf mühitə və sosial vəziyyətə təsirlərinin resionallaşdirılmasına yardım göstərmək.
- Ölkənin enerji təhlükəsizliyi və enerji səmərəliliyi siyasətinin anlaşılması səviyyəsini yüksəltmək.
- Ekoloji problemlərlə bağlı məlumatlılığın artırılmasına tövhə vermək.
Layihənin nəticələri:
Əldə olunan nəticələr aşağıdakılardır:
- Yenilənən enerji mənbələrinin inkişafı prosesində ekoloji yanaşmanın tətbiqi güclənib və bu prosesdə ictimai iştirakçılıq artıb;
- Bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində hökümətin siyasəti, həyata keçirilən praktik tədbirlərı, plan və perspektivlər, yaranmış ekoloji problemlər, ətraf mühit və sosial təsirlərin nəzərə alınmasına müsbət və ya mənfi təsir edən tendensiyaları, yenilənən enerji mənbələrindən istifadə prosesində ekoloji yanaşmanın tətbiqi sahəsində mövcud vəziyyəti, bu proseslərdə içtimai iştirakçılıq məsələləri və s. kimi mövzular ictimai müzakirə mövzusuna çevrilib;
- Yenilənən enerji mənbələrinin inkişafında ekoloji yanaşmanın tətbiqi vəziyyəti haqqında ictimayətdə aydın təşəvvür formalaşıb;
- Enerji mənbələrinin şaxələndirilməsi prosesinin sürətləndirilməsinə ictimai dəstək təşkil edilib;
- Diversifikasiya prosesinin ətraf mühitə və sosial vəziyyətə təsirlərinin resionallaşdirılmasına yardım göstərilib;
- Yenilənən enerji mənbələrinindən istifadə, bu sahədəki problemlər və perspektivlər barədə ictimai rəy qərar qəbul edənlərə çatdırılıb;
- İctimaiyyət ölkənin enerji təhlükəsizliyi və enerji səmərəliliyi siyasətini daha yaxşı anlayıb;
- Bu sahədə şəffaflıq artıb;
- İnsanların, yenilənən enerji mənbələri, ölkənin bu sahədəki potensialı, yaranan və yarana biləcək ekoloji problemlərlə bağlı məlumatlılığı daha da artıb;
- Cəmiyyətin yenilənən enerji mənbələrinin inkişafında ekoloji yanaşmanın tətbiqinin gücləndirilməsi və bu prosesdə ictimayyətin iştirakçılığının artması üzrə hökümətdən tələbi yüksəlib;