Layihənin adı: Azərbaycanda COVID-19-un iqtisadiyyata təsirlərinin qiymətləndirilməsi və post-pandemiya dövrü üçün siyasət təkliflərinin hazırlanması (aqrar sektorun bazasında)
Layihəınin müddəti: 3 ay
Ərizəçinin adı: Qalib Bayramov
Layihənin məqsəd və vəzifələri:
Ümumi məqsəd: COVİD -19 pandemiyasının iqtisadiyyata, xüsusilə də aqrar sektora təsirinin qiymətləndirilməsi
Xüsusi məqsədlər:
1) Karantin rejimində tətbiq olunmuş məhdudiyyətlərin, izolyasiya tədbirlərinin iqtsadiyyatda, xüsusilə də aqrar sektorda məşğulluğa və əhalinin gəlirlərinə təsirlərinin qiymətləndirilməsi;
2) Karantin rejimində kənd təsərrüfatında tədarük, təchizat, satış və dəyər zəncirlərində yaranan təsirlərinin ərzaq təhlükəsizliyi və qeyri-neft ixracatı kontekstində qiymətləndirilməsi;
3) Post-pandemiya dövründə qeyri-neft sektorunun və qeyri-neft ixracatının inkişaf perspektivləri üçün siyasət təkliflərinin hazırlanması.
Layihənin nəticələri:
- Pandemiyanın aqrat sektora təsirlərinin bütün aspektləri (dəyər zəncirləri) hərtərəfli və dərindən araşdırılıb;
- Pandemiya dövründə məhdudiyyətlərin kənd təsərrüfatına vurduğu ziyanın təqribi həcmi müəyyənləşdirilib;
- Post-pandemiya dövründə aqrar sektora dövlət dəstəyinin artırılması və qeyri-neft ixracatının stimullaşdırılması istiqamətlərində siyasət təklifləri hazırlanıb;
- Əlaqədar dövlət orqanlarında pandemiyanın iqtisadiyyata, xüsusilə də aqrar sektora təsirlərinə dair alternativ dəyərləndirmə sənədi və mövcud problemlərin həllinə dair siyasət sənədi olub;
- Araşdirmanın tapıntıları mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. Xarici ölkələrin mütərəqqi təcrübələrinin Azərbaycanda tətbiqinə imkanlar yaranıb;
- Aqrar sektorda pandemiyadan zərərçəkənlərin mövqeləri və təklifləri aidiyyəti orqanlara çatdırılıb və dövlət siyasətinin həyata keçirilməsində nəzərə alınıb.