Kür çayının qurumasının təbii və antropagen səbəblərinin araşdırılması

Layihənin adı: Kür çayının qurumasının təbii və antropagen səbəblərinin araşdırılması.
Layihənin müddəti: 3 ay
Ərizəçinin adı: Sevil İsmayıl qızı Yüzbaşeva

 

Layihənin məqsəd və vəzifələri:

Layihənin ümumi məqsədi:
-   Kür çayının qurumasına səbəb olan təbii və antropagen amillər və əhalinin içməli su problemlərinin həll edilməsinə xidmət edən fəaliyyətlərin keçirilməsi.

 

Layihənin xüsusi məqsədləri: 
-    Kür çayının orta və aşağı hissəsində vizual monitorinqlərin keçirilməsi, çay axımının əvvəlki və indiki vəziyyəti müqayisəli təhlili.
-    Su qıtlığı yaşayan əhalinin sosial durumu və problemin həlli yolları.
-    Yaxın gələcəkdə ölkə əhalisin üzləşəcəyi qlobal içməli su problemi təhlükəsi, su israfçılığının qarşısının alınması, bu sahədə təxirə salınmaz tədbirlərin görülməsi.

-   Layihənin nəticələri:

-    Kür çayının orta və aşağı axımının  ekoloji vəziyyəti müəyyən edilib;
-    İsrafçılıq  (əgər varsa) və baş verən mövcud dəyişmələr barədə yerlərdə məlumatlar toplanılıb;
-    Kürqırağı icmalardakı əhalinin içməli su ilə bağlı problemlərinin prezidentin su konfransından sonra həlli,  görülən tədbirlərin effektliliyi və icra vəziyyəti barədə məlumatlar toplanılıb;
-    Mövcud vəziyyətin qiymətləndirilməsi və geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün aparılan çəkilişlər əsasında film hazırlanıb;
-    Problemə həsr edilmiş film, geniş ictimaiyyətin diqqətinə çatdırmaq üçün yotub kanalında  və sosial şəbəkələrdə yerləşdirilib;
-   Həyata keçirilən fəaliyyətlər qiymətləndirilib, təkliflər  paketi hazırlanıb və aidiyyatı dövlət qurumlarına göndərilib.
 


Paylaş